Şəhriyar Məmmədyarov Veyk-an-Zeye şəhərində keçiriləcək şahmat turnirində iştirak edəcək | |
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçiriləcək şahmat üzrə superturnirin iştirakçılarının siyahısına daxil edilib. Turnirin yanvarın 12-dən 28-dək keçirilməsi nəzərdə tutulub. Şahmat turnirində, həmçinin hazırkı dünya çempionu Maqnus Karlsen, rusiyalılar Sergey Karyakin, Vladimir Kramnik, amerikalılar Fabiano Karuana və Uesli So (2017-ci il turnirinin qalibi), hindlilər Vişvanatan Anand, Başkaran Adhiban, hollandiyalı Aniş Giri, ingilis Qaven Cons, çinlilər Vey İ və Hou İfanay çıxış edəcəklər. Turnirin direktoru Yerun van den Berq deyib: “Mən çox razıyam ki, turnirdə dörd dünya çempionu iştirak edir. Turnirin 80-ci yubiley oyununda Kramnik və Anandın çıxışları xüsusi hadisədir. Çünki onlar Veyk-an-Zeyeyə bir neçə ildir ki, gəlməyiblər”. Turnirin daha iki iştirakçısının adı noyabr və dekabr aylarında elan olunacaq. 2018-ci ilin yanvarın 12-dən 28-dək dairəvi sistem üzrə keçiriləcək superturnir sayca 80-cidir. |
|
Xəbər 544 dəfə oxundu. |
|
|