Messi avrokuboklarda 100-cü qolunu vurub
UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Olimpiakos” ilə oyun “Barselona” futbol klubunun hücumçusu Messi üçün əlamətdar olub.

Messi görüşün 61-ci dəqiqəsində fərqlənməklə avrokuboklarda vurduğu qolların sayını 100-ə çatdırıb.

Otuz yaşlı argentinalı futbolçu qolların 97-sini Çempionlar Liqasında, 3-nü isə Avropa Super Kuboku yarışlarında vurub.

Qeyd edək ki, Messi yalnız Kriştianu Ronaldudan geri qalır. Belə ki, portuqaliyalı futbolçu avrokubolarda 113 qol vurub.

Xəbər 576 dəfə oxundu.