Bakıda grappling və grappling-gi üzrə dünya çempionatı davam edir
Bakıda kişilər və qadınlar arasında grappling və grappling-gi üzrə sayca 10-cu dünya çempionatı davam edir.

Bakı İdman Sarayında keçirilən yarışda 33 ölkədən 550 idmançı iştirak edir.

Çempionatın ikinci günündə grappling-gi versiyası üzrə yarışlara start verilib.

Mundialın ilk günündə graplling versiyası üzrə 12-19 yaş qrupları və veteranlar arasında yarışa yekun vurulub.

Qeyd edək ki, çempionata oktyabrın 21-də yekun vurulacaq

Xəbər 1276 dəfə oxundu.