Nazir Azad Rəhimov vətəndaşlarla görüşəcək
Oktyabrın 20-də gənclər və idman naziri Azad Rəhimov Masallı rayonunda vətəndaşları qəbul edəcək.

Qəbulda Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran şəhər və rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Masallı Gənclər Mərkəzində (Masallı şəhəri, Talışxanov küçəsi -73) baş tutacaq.


Xəbər 495 dəfə oxundu.