İsa Rüstəmov da qüvvəsini sınadı
Oktyabrın 15-22-də Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir. Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edirlər.

Onlardan biri – İsa Rüstəmov yaşı 20-yə qədər olan gənclərin 69 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulub.

Atletimiz birdən qaldırma hərəkətində 130 kq-ı ram edərək bu hərəkətdə 7-ci yeri tutub.

O, təkanla qaldırma hərəkətində 155 kq-ı qaldıraraq bu hərəkətdə 5-ci olub.

Toplam 285 kq (130+155) nəticə göstərən İsa Rüstəmov yekun sıralamada 6-cı pillədə qərarlaşıb.

Xəbər 1336 dəfə oxundu.