Futbol üzrə Macarıstan millisinin baş məşqçisi istefaya göndərilib
Futbol üzrə Macarıstan millisinin baş məşqçisi Bernd Ştork istefaya göndərilib.

Almaniyalı mütəxəssisin istefaya göndərilməsinə səbəb komandanın dünya çempionatına vəsiqə qazana bilməməsi olub.

Qeyd edək ki, 54 yaşlı mütəxəssis 2015-ci ildə Macarıstan yığmasına gətirilib və Bernd Ştorkun rəhbərliyi altında Macarıstan millisi “Avro-2016”nın səkkizdəbir final mərhələsinədək irəliləyib. Bu mərhələdə Macarıstan millisi Belçika yığmasına 0:4 hesabı ilə uduzaraq Avropa çempionatında mübarizəni dayandırıb.

Xəbər 525 dəfə oxundu.