Futzal üzrə Azərbaycan millisinin oyunlarının başlama saatı açıqlanıb
Gələn il yanvarın 30-dan fevralın 10-dək Sloveniyada keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin oyunlarının başlama saatı açıqlanıb.

Fevralın 2-də Fransa ilə üz-üzə gələcək millimiz meydana Bakı vaxtı ilə saat 21:00-da çıxacaq. İki gün sonra keçiriləcək İspaniya ilə görüşün start fiti isə 23:45-də səsləndiriləcək.

Xəbər 536 dəfə oxundu.