Kross qaçışı üzrə Azərbaycan çempionatına yekun vurulub
Nabranda kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib.

Çempionatda 100-dək idmançı iştirak edib.

Kişilərin yarışında 10 kilometr məsafəyə qaçış yarışlarında Zanin Pirverdiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Altı kilometr məsafəyə qaçışda Əmrah Nağıyev, 3 kilometrə qaçışda İlham Abışov, 2 kilometr məsafəyə mübarizədə isə Vahid Kərimov birinci olublar.

Qadınların mübarizəsində Aynur Əsgərova (6 km), Aynur Əsədzadə (4 km), Natavan Etibarova (2 km) və Günel Manafova (1 km) fərqləniblər.

Komanda hesabında isə Bakını təmsil edən idmançılar birinci olublar. Gəncə atletləri ikinci, Sumqayıt idmançıları isə üçüncü pillədə qərarlaşıblar.

Xəbər 659 dəfə oxundu.