Bakıda grappling və grappling-gi üzrə dünya çempionatı başlayıb
Oktyabrın 18-də kişilər və qadınlar arasında grappling və grappling-gi üzrə sayca 10-cu dünya çempionatına start verilib.

Bakı İdman Sarayında keçirilən yarışda 33 ölkədən, ümumillikdə 550 idmançı iştirak edir.

Mötəbər yarışda Azərbaycan 150 idmamçı ilə təmsil olunur.

Atletlər uşaqlar, yeniyetmələr, gənclər və veteranlar kateqoriyalarında mübarizə aparırlar.

Qeyd edək ki, çempionata oktyabrın 21-də yekun vurulacaq.

Xəbər 1263 dəfə oxundu.