Yayım hüququmuz UEFA-ya verildi
Dünya çempionatı-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin keçirəcəyi oyunların yayım hüququ AFFA-da olmayacaq. İdman.com.az saytının məlumatına görə, assosiasiya bu hüququ UEFA-ya verməyə razı olub. Belə ki, Avropa futbol qurumu yayım hüququ ilə bağlı məsələni mərkəzləşdirilmiş şəkildə həll olunması üçün bütün milli assosiasiyalarla danışıqlar aparmağı lazım bilib.

UEFA-ya üzv olan 53 ölkədən 52-si artıq bu anlaşmaya imza atıblar. Yalnız İngiltərə hələlik bu razılığa qoşulmur ki, bu da yaxın günlərdə həll olunacaq. Çünki yalnız xırda detallar anlaşmaya mane olur. UEFA-nın yayım sahəsindəki bu yeniliyi bütün milli assosiasiyaların qazanc əldə etməsinə hesablanıb.

Xəbər 1077 dəfə oxundu.