Qədim gözəl oyunun 100-dən çox həvəskarı Bakıda toplaşacaq
Noyabrın 13-dən 21-dək Bakıda “Baku open-2017” şahmat festivalı keçiriləcək.

Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 26-cı ildönümünə həsr edilmiş bu beynəlxalq turnir iki qrupda keçiriləcək: open və uşaq turniri.

Festivalda 9 ölkədən bu qədim gözəl oyunun 100-dən çox həvəskarı iştirak edəcək. “Baku open-2017” turniri İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq.

Xəbər 470 dəfə oxundu.