Ancelo Verçesi: «Bu görüşdə rəqib daha emosional idi»
«İlk öncə, «Lokomotiv»i təbrik edirəm. Onlar yaxşı oynadılar». Bunu idman.com.az saytına açıqlamasında qadın voleybolçulardan ibarət «Bakı» klubunun baş məşqçisi Ancelo Verçesi deyib. Braziliyalı mütəxəssisin sözünə görə, sözü gedən qarşılaşmada daha çox emosional olan komanda qalib gəlməli idi.

Yekunda da elə belə olub. Sitat: «Bu görüşdə rəqib qələbəyə çox istəkli görünürdü. Ona görədə sonda qalib gəldilər. Cavab oyunu çətin olacaq. Fikrimcə, həmin görüşdə «Bakı» daha çılğın olacaq».

Qeyd edək ki, dünən Bakıda keçirilmiş Çellenc kubokunun final mərhələsinin ilk matçında «Bakı» ötən yarışın gümüş mükafatçısı «Lokomotiv»ə 2:3 hesabı ilə uduzub. Bu kollektivlər arasında cavab görüşü aprelin 1-də baş tutacaq.

KAMRAN

Xəbər 1058 dəfə oxundu.