Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turuna start veriləcək
Oktyabrın 17-də UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin üçüncü turuna start veriləcək.

Turun birinci günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar üz-üzə gələcəklər.

“G” qrupunda yer alan Türkiyə təmsilçisi “Beşiktaş” klubu səfərdə “Monako”nun qonağı olacaq. Turun maraqla gözlənilən matçlarından biri isə “F” qrupunda yer alan “Mançester Siti” və “Napoli” komandaları arasında oynanılacaq. UEFA Çempionlar Liqasının sonuncu qalibi “Real Madrid” isə “Santyaqo Bernabeu”da “Tottenhem” klubu ilə qarşılaşacaq.

Gün ərzində aşağıdakı görüşlər keçiriləcək:

“E” qrupu

“Maribor” (Sloveniya) – “Liverpul” (İngiltərə)

“Spartak Moskva” (Rusiya) – “Sevilya” (İspaniya)

“F” qrupu

“Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya)

“Feyenoord” (Hollandiya) – “Şaxtyor” (Ukrayna)

“G” qrupu

“Leypsiq” (Almaniya) – “Portu” (Portuqaliya)

“Monako” (Fransa) – “Beşiktaş” (Türkiyə)

“H” qrupu

“Real Madrid” (İspaniya) – “Tottenhem” (İngiltərə)

APOEL (Kipr) – “Borussiya Dortmund” (Almaniya).


Xəbər 555 dəfə oxundu.