AFFA-nın əməkdaşı ÇSKA-“Bazel” oyununa təyinat alıb
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək ÇSKA (Rusiya) – “Bazel” (İsveçrə) oyununa təyinat alıb.

Elçin Məmmədov matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.

ÇSKA-“Bazel” oyunu oktyabrın 18-də Moskvadakı “ÇSKA Arena”da keçiriləcək.

Xəbər 550 dəfə oxundu.