Faiq Qarayev “Azərreyl”dən kənarlaşdırıldı
Faiq Qarayev “Azərreyl” klubunun baş məşqçisi postundan uzaqlaşdırılır. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, artıq “dəmiryolçular”ı yeni mövsümdə hansı mütəxəssisin çalışdıracağı da bəllidir. Belə ki, komandanın sükanı arxasına dünya şöhrətli italiyalı məşqçi Alessandro Çiappini gətirilir. Onun bu gün Bakıda olacağı və müqavilənin şərtləri ilə tanış olacağı bildirilir.

Avropa Çempionlar Liqasının 1/8 final mərhələsində “Rabitə”nin mübarizədən kənarlaşdırdığı Polşanın “Atom” klubunu çalışdıran təcrübəli mütəxəssislə ilkin razılığa gəlinib.
Qeyd edək ki, məşqçilik karyerasına 1998-ci ildən başlayan 43 yaşlı Çiappini Türkiyə (2007-2010) və Peru (2011) yığmaları ilə yanaşı, “Medineks” (1998-2000), “Foppapetretti” (2000-2002) və digər tanınmış klublarda çalışıb.

Xəbər 1278 dəfə oxundu.