“Real” futbol klubu Alaba ilə maraqlanır
“Bavariya”nın müdafiəçisi David Alaba əvvəlki kimi “Real”ın maraq dairəsindədir.

Madridlilərin avstriyalı ilə bu variantı gözdən keçirmələrinə səbəb sol və mərkəz müdafiəçilərin tez-tez zədə almalarıdır.

“Real” Alabanı ötən yay əldə etməyə cəhd etsə də, münxenlilər buna rədd cavabı veriblər.

Müdafiəçinin “Bavariya” ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Xəbər 528 dəfə oxundu.