İrena Xubulova: Bu qələbəyə görə valideynlərimə və yaxınlarıma minnətdaram
Bu qələbəyə görə Allahıma, məşqçim Stanislav Kasoyevə, valideynlərimə və yaxınlarıma minnətdaram.

Bu sözləri Azərbaycan təmsilçisi, yeniyetmələr arasında sambo üzrə dünya çempionu İrena Xubulova deyib.

“Ukraynalı idmançı Anastasiya Bezatosna ilə ilk dəfə idi mübarizə aparırdım, idmançı kimi onunla tanış deyildim. Mənə birinciliyi qazanmaq nəsib oldu. Lakin qələbəyə baxmayaraq, özümdən razı deyiləm. Yarış vaxtı arabir texnikamda qüsurlar olurdu, səhvlərə yol verirdim. Texnikamı bundan sonra daha da təkmilləşdirməliyəm”, - deyə çempion əlavə edib.

Xəbər 1496 dəfə oxundu.