Akrobatlarımız Avropa yaş qrupu yarışlarında iştirak ediblər
Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə Avropa yaş qrupu yarışları başa çatıb.

Ölkəmizi yarışlarda kişi cütlüyü proqramında Daniel Abbasov-Murad Rəfiyev (11-16 yaş), qadın qrupu proqramında isə Emiliya Nəzərli, Raziyə Seyidli və Ləman Məmmədova (12-18 yaş) təmsil ediblər.

Gənc gimnastlarımızın icra etdiyi çıxışlar onlara uğur gətirərək hər iki proqramda finalçılar sırasına düşməyi bacarıblar. Yekun mərhələdə isə kişi cütlüyümüz 26.000 xalla 5-ci, qadın qrupumuz 26.600 xalla 6-cı yerdə yarışları başa vurublar.

Xatırladaq ki, bir neçə gün sonra Jeşuv şəhəri daha bir mötəbər yarışa - akrobatika gimnastikası üzrə Avropa çempionatına da ev sahibliyi edəcək. Oktyabrın 19-dan 22-dək keçiriləcək turnirdə “yunior” proqramında qarışıq cütlüklərin yarışında millimizin üzvləri Ağasif Rəhimov, Nurcan Cabbarlı və Abdulla Əl-Məşayxi, Ruhudil Qurbanlı medallar uğrunda mübarizəyə qatılacaqlar.

Xəbər 628 dəfə oxundu.