“Vardar”–“Real Sosyedad” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
Futbol üzrə UEFA Avropa Liqasının “L” qrupunda keçiriləcək “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək.

Oktyabrın 19-da keçiriləcək oyunun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.

Ona həmyerliləri Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaqlar.

Xəbər 542 dəfə oxundu.