“Şah” vəziyyətə aydınlıq gətirib
Şəhriyar Məmmədyarov Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa çempionatının 8-ci turunda gürcüstanlı Şota Azaladze ilə görüşə gecikməsinə aydınlıq gətirib. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, reytinqinə əsasən ölkəmizin və yarışın 2 nömrəli şahmatçısı olan həmyerlimiz matça elə də çox yubanmağını deyib. Onun sözünə görə, cəmi 10 saniyə gecikib.

Lakin təşkilatçılar turnirin “Zero Tolerance” qaydalarına əsaslanaraq, Məmmədyarova texniki məğlubiyyət verdiklərini bildiriblər. Yığmamızın kapitanı Vladimir Tukmakov isə bu qaydanı axmaq adlandırıb.
Qeyd edək ki, 6 turdan sonra ilk qələbəsini qazanan vaxt Tukmakov Şəhriyarın bundan sonra yarışda uğurlu çıxış edəcəyinə ümid etdiyini söyləmişdi.

Xəbər 1001 dəfə oxundu.