Cənub bölgəsi üzrə birincilikdə 7 rayonun cüdoçuları mübarizə aparırlar
Şirvanda yeniyetmə cüdoçular arasında regional birinciliyə start verilib.

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən yarışda Masallı, Salyan, Şirvan, Lənkəran, İmişli, Sabirabad və Biləsuvar idmançıları mübarizə aparırlar.

İlk yarış günündə 2003-2006-cı il təvəllüdlü yeniyetmə cüdoçular medallar uğrunda yarışıblar. Daha yaxşı nəticə göstərən Masallı cüdoçuları fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar. Sonrakı yerləri Salyan və Şirvan komandaları tutublar.

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları və medalları təqdim olunub.

Cənub bölgəsi üzrə regional birinciliyə bu gün yekun vurulacaq.

Xəbər 1098 dəfə oxundu.