Naxçıvanın “Araz” futzal komandası Rumıniya çempionu ilə qarşılaşıb
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan Naxçıvanın “Araz” klubu bu gün qrupda sonuncu oyununu keçirib.

Təmsilçimiz Rumıniya çempionu “Deva” ilə qarşılaşıb. Görüş 6:3 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Hazırda qrupda ikinci olan Joze Alesionun rəhbərlik etdiyi Azərbaycan komandası elit-raunda vəsiqə qazana bilməyib.

Oyunu Tomasz Frak (Polşa), İbrahim El Jilali (Hollandiya) və Şota Kukhilava (Gürcüstan) idarə edib.

Qeyd edək ki, “Araz” əvvəl keçirdiyi oyunlarda Bosniya və Herseqovinanın “Mostar” komandasına 5:2, Malta çempionu “St Andreus”a isə 6:4 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Araz”ın yer aldığı qrupdan elit-raunda yalnız birinci yerin sahibi komanda vəsiqə qazanır.

Xəbər 542 dəfə oxundu.