“Lokomotiv”dən kim fərqləndi?
Qadın voleybolçular arasında Çellenc kubokunun final mərhələsində ən yaxşının adı açıqlanıb. İdman.com.az saytının məlumatına görə, “Bakı” – “Lokomotiv” oyununda qəhrəman amerikalı legioneri Nansi Metkalf olub. “Dəmiryolçular”ın voleybolçusu komandasına 26 xal qazandırmaqla bombardirliyə yiyələnib. “Lokomotiv”in digər üzvləri - Aleksnadra Samoylova 14, Elişa Tomasla Kremena Kamenova hərəyə 10, İvana Miloş 9, Diana Nenova və Yelena Parxomenko hərəyə 1 xal qazanıblar.

“Bakı”nın heyətində isə ən güclü Renata Kolombo olub. O, 22 dəqiq zərbəyə sevinib. Paytaxtın eyni adlı klubunun digər üzvləri - Rafaella Kalloni 17, Cibele Barboza 16, Reqan Hud 12, İnqrid Visser 8, Bilyana Gliqoroviç 5 və Alessandra Fratoni 1 xal qazanıblar. Qeyd edək ki, bu komandalar arasında mübarizədən “Lokomotiv” qalib ayrılıb (3:2). Cavab görüşü aprelin 1-də olacaq.

Xəbər 1131 dəfə oxundu.