PSJ azarkeşləri “Marsel” ilə oyuna buraxılmayacaq
PSJ futbol klubunun azarkeşləri Fransa çempionatı çərçivəsində “Marsel” ilə səfər oyununa buraxılmayacaq.

Ardıcıl üç ildir Paris klubunun azarkeşlərinə oyununun keçirildiyi “Velodrom” stadionuna giriş qadağandır. Bunun təhlükəsizlik məsələləri ilə əlaqədar olduğu bildirilir.

Qeyd edək ki, “Marsel”-PSJ oyunu Fransa çempionatının X turu çərçivəsində oktyabrın 22-də keçiriləcək.

Xəbər 540 dəfə oxundu.