“Neftçi” iki futbolçusu ilə müqaviləni yeniləyib
“Neftçi” klubu iki futbolçusu - İqnasio Errera və Uqo Barqas ilə müqavilənin müddətini artırıb.

Hər iki futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Errera və Barqas ilə bundan əvvəl bağlanmış müqavilənin müddəti bu ilin dekabrında sona çatırdı.

Xəbər 563 dəfə oxundu.