Futbol bölmələrinin 50-dən çox məşqçi-müəllimi seminar-məşğələlərə cəlb olunub
Xaçmaz Olimpiya İdman Kompleksində futbol bölmələrinin məşqçi-müəllimləri üçün təşkil olunan üç günlük seminar-məşğələlərə yekun vurulub.

Oktyabrın 9-dan başlayan məşğələlərə ölkəmizdə fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəblərinin futbol bölmələrinin 50-dən çox məşqçisi cəlb olunub.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-məşğələlər məşqçilərin peşə biliklərinin, ixtisaslarının, o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədi daşıyıb.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər 628 dəfə oxundu.