Gecikdi və əliboş qaldı
Plovdivdə keçirilən kişilər arasında Avropa şahmat çempionatında 6 turdan sonra ilk qələbəsini qazanmış Şəhriyar Məmmədyarov 8-ci turda ilk məğlubiyyətini də alıb. İdman.com.az saytının xəbərinə görə, gürcü Şota Azaladze ilə görüşə gecikən şahmatçımıza texniki məğlubiyyət verilib. Vasif Durarbəyli komanda həmvətəni Eltac Səfərliyə qalib gələrək turnirdə təmsilçilərimizin liderinə çevrilib. Vasif hazırda 5 xalla 60-cı pillədədir. 4,5 xalla Rauf Məmmədov 99-cu, Vüqar Rəsulov eyni nəticə ilə 120-ci pillədədir. Şəhriyar Məmmədyarov yenidən enərək 4 xalla 169-cu pilləyə yuvarlanıb.

Xəbər 977 dəfə oxundu.