Ozil və Sançes yanvar ayında “Arsenal”ı tərk edə bilərlər
Yarımmüdafiəçilər Məsut Ozil və Aleksis Sançes qış transferi vaxtı “Arsenal”ı tərk edə bilərlər.

Bunu “Arsenal” futbol klubunun baş məşqçisi Arsen Venger söyləyib. “Bəli, bu cür variant mümkündür. Belə vəziyyətə düşən hər bir adam hər qərarı planlaşdırır. Mən hər zaman demişəm: Sançes və Ozillə yayda müqavilə bağlamağımız o demək deyil ki, onlar gedəcək. Hər iki oyunçu komandada xoşbəxtdir. Ümid edirəm ki, vəziyyət dəyişəcək. Hazırda elan etməyə heç bir dəqiq məlumat yoxdur”, - deyə Venger bildirib.

Ozil və Sançesin müqavilələri gələn mövsümün sonunda bitir.

Xəbər 548 dəfə oxundu.