“Bakı” qələbəni rəqibə bağışladı
Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində Çellenc kubokunun final mərhələsinin ilk görüşü keçirilib. İdman.com.az saytının məlumatına görə, həlledici matçda nominal ev sahibi “Bakı” ötən il eyni yarışın finalçısı “Lokomotiv”i qəbul edib. Super Liqadada hər 2 qarşılaşmada “ağ-göylər” qalib gəlsə də, bu dəfə “dəmiryolçular” daha güclü olub.

“Lokomotiv” ilk 2 setdə eyni – 25:23 hesabla sevinən tərəf olub. Amma sonrakı hissələrdə “Bakı” hesabı bərabərləşdirib. Tay-brekə Ancelo Verçesinin komandası pis başlasa da, görüşün ortasında dönüş yaradaraq, hesabı 11:11-ə çatdırıb. Amma debütantın gücü yalnız buna çatıb. “Lokomotiv” oyunu daha dəqiq zərbələrlə tamamlayıb.

Çellenc kuboku. Qadınlar
Final mərhələsinin ilk oyunu
28 mart

“Bakı” (Azərbaycan) – “Lokomotiv” (Azərbaycan) - 2:3 (23:25, 23:25, 25:17, 25:15, 13:15)
Hakimlər: Kari Partiaymen (Finlandiya), Dəniz Dəmir (Türkiyə)
Heydər Əliyev adına İdman-Konsert Kompleksi. 4000 tamaşaçı

Xəbər 1827 dəfə oxundu.