Azərbaycan voleybolçusu Fransa klubu ilə müqavilə imzalayıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Anastasiya Qurbanova Fransa çempionatında mübarizə aparacaq.

Voleybolçumuz Fransanın “Venel” komandası ilə müqavilə imzalayıb.

Azərbaycanın “Azəryol”, “Azərreyl”, Rusiyanın “Proton” klublarında oynamış Anastasiya Qurbanova yeni komandasında 13 nömrəli formanı geyinəcək.

Xəbər 1013 dəfə oxundu.