İsmayıllıda regional cüdo yarışları keçirilir
Gənclər və İdman Nazirliyinin və Cüdo Federasiyasının təşkilatçılığı ilə İsmayıllı Olimpiya İdman Kompleksində şimal zonası üzrə regional cüdo yarışlarına start verilib.

İki gün davam edəcək yarışlarda Oğuz, Qəbələ, Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarından olan 2001-2003-cü və 2004-2006-ci il təvəllüdlü yeniyetmə idmançılar iştirak edir.

Yarışların baş hakimi federasiyanın hakimlər komitəsinin üzvü, beynəlxalq dərəcəli hakim Arzu Acalovadır.

Yarışların ilk günündə gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada İsmayıllı, Şamaxı və Oğuz cüdoçuları qalib gəliblər.

Xəbər 769 dəfə oxundu.