Azərbaycan voleybolçusu karyerasını Rusiyada davam etdirəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kseniya Pozdnyak karyerasını Rusiyada davam etdirəcək.

Blokçunun “Leninqradka” klubu ilə danışıqları müsbət yekunlaşıb. Otuz bir yaşlı voleybolçu Sankt-Peterburq təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Bu, Pozdnyakın karyerasında 4-cü ölkə olacaq. Belarus əsilli voleybolçumuz Azərbaycanda “Azərreyl”, “Lokomotiv”lə yanaşı, İtaliyada “Parma”, Türkiyədə “Beşiktaş”ın formasını geyinib.

Qeyd edək ki, Pozdnyakdan əvvəl Natalya Məmmədova da Rusiya Super Liqasını seçib. O, Kazan “Dinamo”su ilə anlaşıb.

Xəbər 627 dəfə oxundu.