Azərbaycan triatlonçusu Avropa kuboku yarışlarının gümüş medalını qazanıb
Azərbaycanın triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Avropa kuboku yarışlarının gümüş medalını qazanıb.

İspaniyanın Melilla şəhərində keçirilən final turnirində idmançımız yeddinci olub. Belə ki, triatlonçumuz 1500 metrlik su məsafəsini idmançımız 21 dəqiqə 16 saniyəyə başa vurub. Ardınca isə 40 kilometr velodistansiyanı 58 dəqiqə 1 saniyə nəticə ilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 10 kilometrlik qaçış zolağını R.Pevtsov 31 dəqiqə 50 saniyəyə başa vurub.

Carı mövsümdə keçirilən Avropa kuboku yarışlarının ümumi hesabında Rostislav ikinci olub və gümüş medal qazanıb.

Avropa kubokunun finalında digər idmançımız Kseniya Levkovskaya da iştirak edib. İdmançımız finişə 7-ci çatıb.

Xəbər 460 dəfə oxundu.