“Kəpəz” klubu yoxlama oyununda qüvvəsini sınayıb
Futbol üzrə dünya çempionatını seçmə oyunları səbəbindən çempionatda yaranan fasilə müddətində “Kəpəz” klubu yoxlama oyunu keçirib.

Gəncə təmsilçisi “Dalğa Arena”da “Səbail” ilə qarşılaşıb.

Oyun 1:1 hesabı ilə nəticələnib. “Sarı-göylər”in qolunu Serqey Çernışev vurub.

Qeyd edək ki, matçda hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Şəhriyar Rəhimov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Xəbər 524 dəfə oxundu.