Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində sonuncu oyununu çıxıb
Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.

Millimiz Kayzerslautern şəhərindəki Frits Valter stadionunda Almaniya yığması ilə qarşılaşır.

Azərbaycan millisinin start heyətində Kamran Ağayev, Qara Qarayev, Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Ramil Şeydayev, Ruslan Abışov, Cavid Hüseynov, Təmkin Xəlilzadə, Rahid Əmirquliyev, Riçard Almeyda və Əfran İsmayılov yer alıblar.

Almaniya yığmasının ilk on birliyində isə meydana Bernd Leno, Şkodran Mustafi, Niklas Süle, Sandro Vaqner, Lars Stindl, Tomas Müller, Emre Can, Coşua Kimmix, Leon Qoretzka, Yuialn Brandt və Leroy Sane çıxıblar.

Oyunu latviyalı baş hakim Andris Treymanis idarə edir.

Yığmamızın yer aldığı “C” qrupunda Almaniya 27 xalla qrup birincisi kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Şimali İrlandiya yığması 19 xalla ikinci, Çexiya 12 xalla üçüncü, Norveç isə 10 xalla dördüncü, eyni xala sahib Azərbaycan millisi isə beşinci pillədə qərarlaşıb. Hesabında xal olamayan San-Marino yığması isə sonuncudur.

Xəbər 548 dəfə oxundu.