Kohe İşiqami: Dayanıqlı robotların düzəldilməsi cəmiyyətə ikiqat fayda gətirəcək
Azərbaycanda ilk dəfə keçirilən Dünya Robot Olimpiadasının seçim yarışında baş hakim olaraq əsas vəzifəm qaydalara düzgün riayət olunmasına nəzarət etməkdir. Dayanıqlı robotların düzəldilməsi cəmiyyətə ikiqat fayda gətirəcək. Həm insanların təhlükəsizliyi təmin olunacaq, həm də təbiət mütəmadi və hərtərəfli qayğı ilə əhatə ediləcək.

Bunu müsahibəsində robotlar üzrə yaponiyalı mütəxəssis, Azərbaycanda ilk dəfə keçirilən Dünya Robot Olimpiadasının seçim yarışının münsiflər heyətinin üzvü və baş hakimi Kohe İşiqami deyib.

Kohe İşiqami bildirib ki, Azərbaycanda gənclərin texnologiyalara və robototexnikaya çox böyük marağı var. “Bu marağın səviyyəsi məni müsbət mənada təəccübləndirdi. Bu, çox yaxşı haldır və hər bir ölkə üçün vacibdir. Gələcəkdə ölkəsinin güclü inkişaf etməsini istəyən hər bir gənc bu sahədə öz potensialını reallaşdırmalıdır”, - deyə yaponiyalı mütəxəssis əlavə edib.

AZƏRTAC

Xəbər 678 dəfə oxundu.