Yeni reqlament
Qadın voleybolçular arasında ölkə Super Liqasının final mərhələsi yeni qaydada keçiriləcək. İdman.com.az saytının məlumatına görə, Azərbaycan Voleybol Federasiyası həlledici oyunlar üçün reqlamentdə dəyişiklik etməyi qərara alıb. Belə ki, II dövrədən ibarət final mərhələsində dünya praktikasından istifadə olunacaq. 3:0 və 3:1 hesabı ilə qalib gələcək komandaya 3, məğlub olacaq kluba 0 xal veriləcək.

Əgər 3:2 hesabı qeydə alınarsa, qələbə qazananların 2, uduzanların isə aktivinə 1 xal əlavə ediləcək. Əgər 2 və daha artıq komanda eyni sayda xal toplayarsa, bu halda qalib federasiyasının reqlamenti ilə nəzərdə tutulan qayda ilə müəyyən ediləcək. Qeyd edək ki, Super Liqanın təsnifat mərhələsində setlərin fərqindən asılı olmayaraq, qalib komanda 2, məğlub olan klub 1 xal qazanırdı.

Xəbər 1104 dəfə oxundu.