Kanadada idman gimnastikası üzrə 47-ci dünya çempionatı davam edir
Kanadanın Monreal şəhərində kişi və qadın idman gimnastikası üzrə 47-ci dünya çempionatı keçirilir.

68 ölkədən idmançıların qatıldığı turnirdə Azərbaycan təmsilçiləri – Murad Ağarzayev, Bence Talas, Marina Nekrasova və Yuliya İnşına da yer alıblar.

Gimnastlarımızdan ən yaxşı nəticəni isə Marina Nekrasova göstərib. O, çıxışına görə hakimlərdən 13.904 xal alaraq 13-cü yerdə qərarlaşıb.

Dünya çempionatı oktyabrın 8-dək davam edəcək.

Xəbər 583 dəfə oxundu.