“Araz” futzal komandası yoxlama oyununda qalib gəlib
UEFA kuboku yarışlarının əsas mərhələsinə hazırlaşan “Araz” komandası yoxlama oyunu keçirib.

Ölkə çempionu Yüksək Liqanın iddialı komandalarından hesab edilən “Neftçi İK” ilə qarşılaşıb. Oyun “Araz”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Vilela və Rizvan Fərzəliyev vurublar.

Qeyd edək ki, “Araz” UEFA kubokunun əsas mərhələsi çərçivəsində oyunlarını oktyabrın 11-də, 12-də və 14-də keçirəcək. İlk oyunda “Mostar”la (Bosniya və Herseqovina) üz-üzə gələcək təmsilçimiz növbəti matçını “Luxol ST Andreus” (Malta) klubuna qarşı keçirəcək. Son oyun günündə isə “Araz” “Deva” (Rumıniya) ilə qarşılaşacaq. Oyunlar Rumıniyanın Deva şəhərində keçiriləcək.

Xəbər 542 dəfə oxundu.