“DÇ-2018”in Avropa zonası üzrə seçmə mərhələsinin IX turunun növbəti oyunları keçiriləcək
Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsi çərçivəsində IX turun növbəti görüşləri keçiriləcək.

Turun ikinci oyun günündə “D”, “G” və “İ” qruplarında doqquz qarşılaşma oynanılacaq.

“İ” qrupunda yer alan Türkiyə millisi “Eskişehir” stadionunda İslandiyanı qəbul edəcək. Qrupda 14 xalla üçüncü pillədə olan Mirça Luçeskunun yetirmələri qalib gəldiyi halda 17 xalla ikinci yerə yüksələcək.

Günün digər oyunları isə aşağıdakılardır:

“D” qrupu

Gürcüstan - Uels

Avstriya - Serbiya

İrlandiya - Moldova

“G” qrupu

İspaniya - Albaniya

İtaliya - Makedoniya

Lixtenşteyn - İsrail

“İ” qrupu

Türkiyə - İslandiya

Xorvatiya - Finlandiya

Kosova – Ukrayna

Xəbər 574 dəfə oxundu.