Azərbaycan idmançıları uşu üzrə 14-cü dünya çempionatında iki medal qazanıblar
Azərbaycan idmançıları Kazanda keçirilən uşu üzrə 14-cü dünya çempionatında iki medal qazanıblar.

Mötəbər yarışda ölkəmiz üç idmançı ilə təmsil olunub. Mundialda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Hətəmov Türkiyə və Şri-Lanka idmançılarına qalib gələrək finala yüksəlib. Sonuncu döyüşdə Çin təmsilçisinə məğlub olan Orxan Hətəmov çempionatı gümüş medalla başa vurub.

Dünya çempionatında 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruslan Pirəliyev Gürcüstan, Fransa və İordaniya idmançılarını məğlub edib. Lakin ayağından zədə alan R.Pirəliyev Çin idmançısı ilə yarımfinal döyüşünə çıxa bilməyərək bürünc medalla kifayətlənməli olub.

Rafael Tarverdiyev (60 kq) isə yarımfinalda Rusiyalı idmançısına məğlub olaraq mübarizəni dayandırıb.

Xəbər 963 dəfə oxundu.