Son onillilklərdə ilk dəfə
Azərbaycanın idman gimnastı Şakir Şıxəliyev Almaniyanın Kottbus şəhərində keçirilmiş dünya kuboku mərhələ yarışında 6-cı yeri tutub. İdman.com.az saytı xəbər verir ki, idmançımız sərbəst kombinasiya ilə finala çıxıb. Həlledici mərhələdə 21 yaşlı idmançı 14,375 xalla 6-cı olub. Şakirin məşqçisi olan olimpiya çempionu Valerii Belenki onun çıxışını belə şərh edib: «Şakirin nəticəsini böyük uğur sayıram. Son onilliklərdə ilk dəfədir ki, Azərbaycan gimnastı dünya kuboku finalına çıxıb».

Xəbər 1324 dəfə oxundu.