Kronke “Arsenal”dakı payına görə Usmanova 591 milyon avro təklif edir
“Arsenal” futbol klubunun səhmlərinin nəzarət paketinin sahibi Sten Kronke londonluların həcminə görə ikinci səhmdarı sayılan Əlişir Usmanovdan sahibi olduğu səhmləri almaq fikrindədir.

Usmanovun sahibi olduğu 30,4 faiz səhmlərə görə Kronke 591 milyon avro təklif edib. Bu, bir səhmə görə 31 min avro deməkdir.

Hazırda “Arsenal”ın 67 faiz səhmi Kronkeyə, qalan hissəsi isə minoritar (nəzarət olunmayan) səhmdarlara aiddir.

Xatırladaq ki, Usmanov “Arsenal”ın səhmlərinin 30 faizinə sahib olmasına baxmayaraq, hələ də klubun direktorlar şurasındakı vəzifəyə nail olmayıb və bu vaxtadək klubun hər hansı qərarına təsir edə bilməyib. “Arsenal” klubunun səhmdar azarkeşləri, bununla belə, Usmanovla əlaqə yaratmaq və onu klubdakı payını satmamağa çağırmaq fikrindədirlər.

Xəbər 1238 dəfə oxundu.