Ramil Quliyev “Avropanın ən yaxşı atleti” adına namizədlər arasında
Kişilər arasında 200 metr məsafəni 20,09 saniyəyə qət edərək dünya çempionu olan azərbaycanlı idmançı Ramil Quliyev “Avropanın ən yaxşı atleti” adına namizədlər arasındadır.

Türkiyəni təmsil edən həmyerlimiz Avropa Atletika Assosiasiyası tərəfindən hazırlanan siyahıda ən yaxşı üç atlet arasındadır. Siyahıdakı digər namizədlər isə fransalı onnövçü Kevin Mayer və almaniyalı nizə atıcısı Yohannes Fetteldir.

Xəbər 1384 dəfə oxundu.