“Beşiktaş” klubu “Dinamo Kiyev”in müdafiəçisini heyətinə cəlb edir
İstanbulun “Beşiktaş” futbol klubu Ukraynanın “Dinamo Kiyev” komandasının müdafiəçisi ilə razılığa gəlib.

İstanbul təmsilçisi xorvatiyalı Domaqoy Vida ilə ilkin müqavilə imzalayıb. Müqavilə yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, futbolçunun Ukrayna klubu ilə müqaviləsi yanvarda bitir.

Xəbər 588 dəfə oxundu.