Futnet üzrə Azərbaycan Super Liqası keçiriləcək
Futnet üzrə Azərbaycan Super Liqasına start veriləcək.

Azərbaycan Futnet Assosiasiyasından bildirilib ki, Super Liqa oktyabrın sonunda başlayacaq.

Oyunlar “Marafon” İdman Klubunda keçiriləcək. Turnirdə 10-a yaxın komandanın iştirakı gözlənilir. Super Liqa altı ay davam edəcək.

Xəbər 886 dəfə oxundu.