Ölkənin yeniyetmə ağır atletləri Xaçmazda birincilik uğrunda mübarizə aparırlar
Oktyabrın 3-də Xaçmazda yeniyetmələr arasında XI respublika oyunlarının ağır atletika yarışlarına start verilib.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2005-2006-cı il təvəllüdlü oğlan və qızlar arasında təşkil olunan yarış Xaçmaz Olimpiya İdman Kompleksində keçirilir.

Turnirdə Sumqayıt, Qazax, Neftçala, Goranboy, Qobustan, Qax, İsmayıllı, Xırdalan, Lənkəran və digər şəhər-rayonları təmsil edən 100-dən çox idmançı medallar uğrunda mübarizə aparır.

Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyənləşdirilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

Birincilik oktyabrın 7-dək davam edəcək. Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə təltif olunacaqlar.

Xəbər 1117 dəfə oxundu.