“Bərdə” futbol komandası Mingəçevirdə yarışın qalibi olub
Uşaq-Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə Mingəçevirdə 12-13 yaşlı uşaqlar arasında futbol turniri keçirilib.

Yarışda Ağdam, Bərdə, Ağcabədi, Şəki, Naftalan, Oğuz, Ağdaş və Mingəçevirdən, ümumilikdə 10 komanda iştirak edib.

Yekunda “Bərdə” komandası turnirin qalibi olub. “Mingəçevir-1” ikinci, “Oğuz” isə üçüncü pilləni tutub.

Mükafatçılara kubok və diplomlar təqdim olunub.

Xəbər 662 dəfə oxundu.