Tovuzda minifutbol yarışlarının qalibləri mükafatlandırılıb
Tovuz Olimpiya İdman Kompleksində gənclər arasında keçirilən minifutbol yarışına yekun vurulub. Yarış Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar keçirilib.

YAP rayon təşkilatının və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 14 komanda iştirak edib. Bir həftə ərzində gərgin mübarizə şəraitində keçən oyunlarda ilk üç yeri rayon qaz istismarı sahəsinin, rayon polis şöbəsinin və rayon mərkəzi xəstəxanasının komandaları tutublar.

Qalib komandalar kubok və fəxri fərmanlarla mükafatlandırılıblar.

Xəbər 894 dəfə oxundu.