“Səbail”in futbolçuları Türkmənistan və Kurasao millilərinə dəvət olunub
Futbol üzrə Türkmənistan və Kurasao milli komandalarının heyəti açıqlanıb.

Bakının “Səbail” futbol komandasının üzvləri Elman Taqayev Türkmənistan, Ayron Stati isə Kurasao millisinə dəvət olunublar.

Türkmənistan yığması oktyabrın 10-da Asiya kubokunun seçmə mərhələsi çərçivəsində Aşqabadda Sinqapur milli komandasının qəbul edəcək. Kurasao komandası isə hazırlıq matçında səfərdə Qətər yığması ilə üz-üzə gələcək.

Qeyd edək ki, komandanın digər üzvü Pərviz Qaraxanov isə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasına dəvət olunub. U-21 oktyabrın 6-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə almaniyalı həmyaşıdları ilə qarşılaşacaq.

Xəbər 590 dəfə oxundu.